“Nazik mətləb”də qalmaqal - Rüstəmin içkili olması...

Görkəmli yazıçı Mir Cəlal Paşayevin “Nazik mətləb” və “İnsanlıq fəlsəfəsi” hekayələrinin motivləri əsasında çəkilən “Nazik mətləb” filminin imza günü baş tutub. Aktyorların iştirakı ilə keçən tədbirə kinosevərlər maraq göstərib.
İmza gününə baş rol ifaçısı, Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Sevinc Əliyeva, Cavidan Kəsəmənli və müğənni Nərmin Kərimbəyova qatılıb. Baş rolun digər ifaçısı model Rüstəm Cəbrayılov tədbirə dəvət edilsə də, qatılmayıb.

Minval.info-un əldə etdiyi məlumata görə, buna film istehsalçıları və model arasında yaranan gərginlik səbəb olub. İddialara görə, Rüstəmin təqdimat günü sərxoş olması və xoşagəlməz hərəkətlər etməsi qarşı tərəfi qıcıqlandırıb. Təqdimat günü səhnədə Cəbrayılova söz verilməyib. R.Cəbrayılov isə bu hadisədən sonra imza gününə gəlməyib.






Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır