Nazəninin vəkili: "Təranə Qumralı qoruyan məmurların adları açıqlanacaq"
Müğənnilər Nazəninlə Təranə Qumralın məhkəmə prosesi davam edir.
Nazənin Salayevanın hüquqlarını müdafiə edən “Alter Eqo” hüquq şirkətinin baş direktoru Heyrat Qarayev BAKU.WS-ə açıqlamasında, cavabdeh Təranə İbrahimovanın məhkəmə qərarına hörmət göstərmədiyini bildirdi:
“Məhkəmədə şahid qismində icra məmuru dindirilib. Bu ikinci icra məmurunun məhkəmədə izahatıdır. Hər iki icra məmuru ifadəsində Təranə Qumralın dəfələrlə icra şöbəsinə gəlib, məhkəmə qərarını icra etməyəcəyini bildirib. Təranə Qumral proseslərdə də açıq-aşkar qərarı yerinə yetirməyəcəyini deyib. Düzdür, hər dəfə dövlətin qanunlarına hörmət etdiyini bəyan edir, amma məhkəmə qərarına hörmət etmir”.
H.Qarayev T.İbrahimovanın havadarlarının meydana çıxdığını qeyd etdi: “Zərərçəkmişin vəkili Ceyhun Yusifov məhkəmədə açıqlama verdi ki, bir neçə yüksək çinli məmurlardan ona zənglər olub. Bildiriblər ki, bu işdən geri çəkilsin. Artıq lazımi şəxslərə tapşırılıb və bu işin nəticəsi olmayacaq. Yəni, Təranə Qumral həbs olunmayacaq. Yaxın günlərdə həmin məmurların adları açıqlanacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
48 məktəb yeni tədris ilində onlayn keçir
Türk dövlətləri cinayətkarlığa qarşı birləşir: TÜRKPOL qurulacaq
Günəş enerjisi ilə evdən gəlir əldə et!
Nigar və Xan Qaraxanoğlu arasında qalmaqal: Kim haqlıdır?
Gülaydan yeni klip: "Vur ürəyim" təqdim olundu
Kofein qocalmanı ləngidə bilər: Britaniya araşdırması
Geely-nin 40 illiyi Şamaxıda coşqu ilə qeyd edildi
