Naxçıvanlı iş adamını Moskvada belə baltaladılar - ŞOK VİDEO
Moskvanın cənub-şərqindəki Julebino rayonunda 4 maskalı şəxs yerli vətəndaşa hücum edib.
“Minval.info” axar.az-a istinadən xəbər verir ki, naməlum şəxslər hücum etdikləri adamın içərisində 50 min dollardan çox pulu olan çantasını aparıblar.
Naməlum şəxslər balta və tapança ilə hücum ediblər və arxadan yaxınlaşaraq, əvvəlcə atəş açıblar. Daha sonra isə balta ilə yaralayıblar.
Cinayətkarların hadisə yerindən “Dodge Caravan” avtomobili ilə uzaqlaşdığı vurğulanıb.
Əldə etdiyimiz məlumata görə, hücum edilən şəxs Naxçıvanın Ordubad rayonundan Mahir adlı iş adamıdır. 30 yaş civarında olan Mahir başından güllə və balta yarası ilə çox ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda komadadır.
Mahirə tacik əsilli cinayətkar qruplaşmanın hücum etdiyi ehtimalı olsa da, hələ ki, bu versiyanı təsdiqləyən fakt yoxdur.
Polis isə cinayətkarların saxlanılması üçün hərəkətə keçib.
Mahirə hücumun görüntüsü bankın önündəki kameralara düşüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı