Naxçıvanda elektrik kəsintisi: Hansı məhəllələr təsirlənəcək?
Naxçıvan şəhərinin müəyyən bölgələrində elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılacaq.
Minval.info xəbər verir ki, “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən verilən məlumata əsasən, avqustun 3-də 35 kV-luq Xətai elektrik xəttində aparılan yenidənqurma işləri səbəbindən 35/10 kV-luq Xətai yarımstansiyasından qidalanan xətlərdə enerji fasiləsi olacaq.
Bu səbəbdən, həmin gün saat 05:00-dan 07:00-dək Məktəb, Xətai Qəsəbə və Asfalt Zavod hava elektrik xətləri üzrə elektrik enerjisi verilişi müvəqqəti dayandırılacaq.
Nəticədə, Naxçıvan şəhərinin 21, 22, 35, 36, 48, 49, 50 və 52-ci məhəllələri ilə yanaşı, Abbas Zamanov və Xətai küçələrində də elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
İşlər tamamlandıqdan sonra qeyd olunan ərazilərin abonentləri yenidən elektrik enerjisi ilə təmin olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb