Natavan Ayseldən danışdı — “Düşünmür ki, bədəli ağır olacaq”

“Oxuduğum kimi: Nələri yaddaşdan silmədi ki bu illər… Tamaşaçının indi dağ başına qaldırdığı starların, bir çoxları üçün kumir olanların elə yaşananlar, elə səhvlər və hərəkətləri unudulub ki… Söhbət heç tək bizim sənətçilərimizdən getmir, dünya ulduzlarının həyatlarında da çətin məqamlar yaşanıb, amma sonu nədir?”.
Minval.İnfo-nun Axşam.az-a istinadən məlumatına görə, bu sözləri müğənni Natavan Həbibi həmkarı Aysel Əlizadə haqda yayılan iddialar barədə deyib. İfaçı İnstaqram hesabında baş verənlərlə bağlı fikirlərini bölüşüb:
“Reklam və gündəmdən başqa bir şey deyil. İnsanlar 3-4 gün danışıb, yeni mövzu ortaya çıxana qədər vaxtlarını doldurub başını qatarlar sadəcə. Çünki hərənin öz dərdi, problemi və özəl həyatı var. Və təbii ki, səhvsiz insan yoxdur. Kimsə böyük danışmasın.
Başqasının sirrini, özəlini açan hələ xeyir tapmayıb. İnsan özünü və uşaqlarını düşünsə, heç ağzını açmaz, amma heyiflər olsun ki, bir çoxları sadəcə danışmaq üçün danışır. Düşünmür bunun bədəlinin nə qədər ağır olduğunu.
Nəticədə, olan sənətçiyə və onun ailəsinə olur. Amma o da çətin olsa da, yenə unudulur. Demək istədiyim odur ki, hər bir halda çox da dərinə getməyin. Kimin günahı var, özü bilər”.
Qeyd edək ki, Turanə Nəcəfova adlı qadın “Səni axtarıram” verilişində müğənni Aysel Əlizadənin həyat yoldaşı Elçinlə münasibəti olduğunu və 13 illik ailəsini dağıtdığını iddia etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!