Narkotik satışı ilə məşğul olan keçmiş məhkumlar saxlanılıb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İ.Dadaşov, əvvəllər məhkum olunan E.Əlizadə və T.Məmmədov saxlanılıblar.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Minval.info”un Muğan bürosuna verilən məlumata görə, keçirilən baxış zamanı onların üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla həmin şəxslərə narkotik vasitəni satmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş, Cəlilabad rayonunun Göytəpə şəhər sakini E.Hətəmov müəyyən edilərək saxlanılıb. Keçirilən baxış zamanı onun yaşadığı evdən 40 qramdan artıq heroin və əlavə olaraq hazır bükümlərdə metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Girnə sahillərində batan gəmidə 16 nəfər itkin
Uzun oturmaq xərçəng riskini artırır
Nepalda 9 gün tuneldə qalan işçilər xilas edildi
Şəmkirdə dərmandan zəhərlənən qadın öldü
Xırdalanda güclü yanğın: FHN dərhal müdaxilə etdi
Normadan artıq yüklənmə: Yollar və həyat üçün təhlükə!
Goranboyda partlayış sonrası təhlükəsizlik bərpa edildi