"Narkotik şahzadəsi"nin əşyaları satışa çıxarılacaq - Fotolar

2011-ci ildə 27 yaşında dünyasını dəyişən məşhur müğənni Emi Uaynhausun şəxsi əşyaları hərraca çıxarılacaq.
MİNVAL.İNFO-ın xarici mediaya istinadən məlumatına görə, mərhum ifaçının bütün əşyaları – paltarları, ayaqqabıları, eynəkləri və əl yazıları Los-Ancelesdə pərəstişkarlarına satılmaq üçün noyabrın 6 və 7-də nümayiş etdiriləcək.
Həm hərrac evində, həm də onlayn olaraq keçiriləcək hərracdan 50 min dollara yaxın gəlir əldə ediləcəyi gözlənilir. Satışdan əldə olunan gəlir “Emi Uaynhaus” Fonduna bağışlanacaq.
Əşyalar arasında Eminin ölümündən bir ay öncə Belqradda verdiyi son konsertində geyindiyi paltarı da yer alır. Həmin konsertdə spirtli içki və narkotikin təsirində olan ifaçı çıxışını tamamlaya bilməyib və səhnədən endirilib.
Müğənninin məşhur ürək formalı eynəyi 2 min dollar arasında qiymətləndirilib. Onun 2007-ci ildə “Brit Awards” taxdığı “Moschino” ürək çantası da hərraca çıxarılacaq. Çantanın 20 min dollara satılacağı gözlənilir. Ümumilikdə sənətçinin geyimlərinin qiyməti 5-7 min dollar arasında olub.
Qeyd edək ki, dünyanın ən yaxşı qadın vokalçılarından biri hesab edilən Eminin 2006-cı ildə çıxan “Back to Black” albomu 5 Qremmi mükafatına layiq görülüb. Ona görə də “Ginnesin Rekordlar Kitabı”na 5 dəfə Qremmi mükafatı alan birinci britaniyalı kimi düşüb.
Qərb mətbuatının “narkotik şahzadəsi” adlandırdığı Emi Uaynhaus 2008-ci ildə xəstəxanaya düşüb və ona ciyər emfizeması diaqnozu qoyulub. 2011-ci ilin iyulun 23-də alkol zəhərlənməsindən ölüb.
NƏRMİNƏ AYDINQIZI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!












