“Nanə əməkdaşımıza hücum edib” - Anar
Stilist Anar Ağakişiyev ATV kanalındakı fəaliyyətinə son qoyub.
Onun kanalla yollarını ayırmasına səbəb aparıcı Nanə Ağamalıyeva ilə çalışmaq istəməməsi olub. Belə ki, televiziyada aparıcıların stili üzərində çalışmaq Anara həvalə edilib. Nanə isə onun istədiklərinə əməl etməyib.
“Qafqazinfo” xəbər verir ki, Anar axşam.az-a bununla bağlı açıqlama verib. O bildirib ki, aparıcı tərəfindən qarşılaşdığı hörmətsizliyi qəbul etməyib:
“Çalışdığı kanalda insanların 90 faizi onunla danışmır. Heç kim qapısını döymək istəmir. İclasa gəlmir. Saymazlıq edir. Əməkdaşımıza hücum edib. Bundan əvvəl də onun dəfələrlə çalışdığı kanalda işçilərə o cür davranışları haqda xəbər yayılmışdı. Bu hörmətsizliyi gördüm və işə son qoydum”.
Qeyd edək ki, Nanə Ağamalıyevanın bir müddət əvvəl ATV-dən getdiyi xəbəri yayılmışdı. Buna səbəb kimi Anar Ağakişiyevin orada çalışmağa başlaması göstərilmişdi. Hazırda Nanə kanalda verilişini aparmağa davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kıvanç Tatlıtuğun evində faciəvi hadisə: İşçi yıxıldı
Bakıda dəbdəbəli toy: Məşhurlar axın etdi!
Orta Anadolu 73 ildən sonra qapılarını bağladı
Fırat Tanış alkoqol asılılığından necə qurtuldu?
İlqarə Kazımovadan arıqlamağın sirri açıqlandı
Aybəniz Haşımova: "34 il sonra şəhid torpağında
Venesiya Film Festivalında "Qızıl Şir" Danimarkaya getdi