Naməlum maşına minərək yoxa çıxan 15 yaşlı qızdan YENİ XƏBƏR
İki gün əvvəl Bakının Sabunçu rayonunda itkin düşən qız tapılıb.
Minval.info xəbər verir ki, bu barədə Trend-ə itkin düşən 2004-cü il təvəllüdlü Elnarə Əliyevanın atası Vahid Əliyev bildirib. Onun sözlərinə görə, qızı əslində itməyib, sadəcə qohumlarının evinə gedib:
“Elnarə ötən gün artıq tapılıb və evindədir. O, gecə vaxtı evdən çıxarkən nədənsə inciyərək xalasıgilə gedib.
Saytlarda elan görən kimi, xalası dərhal polis ilə əlaqə saxlayaraq onun itmədiyini bildirib və daha sonra yaşadığımız evə gətirib”.
Xatırladaq ki, 15 yaşlı Elnarə Əliyeva iki gün əvvəl gecə vaxtı evdən çıxaraq geri dönməmişdi. Onun yoxa çıxdığını görən valideynləri, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə də məlumat vermişdilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı