Nadir xalq mahnısını qeyri-etik sözlərlə oxuyan ifaçını biabır etdi - VİDEO
Müğənni Nadir Qafarzadə sosial şəbəkədə məclislərdən birində oxunan mahnı paylaşıb.
Axşam.az-ın məlumatına görə, mahnını hansı ifaçının səsləndirdiyi məlum olmayıb. Səs-küy yaradan məqam isə o olub ki, “Nargilə” adlı xalq mahnısının sözlərini müğənni oxuyan zaman dəyişdirib və qeyri-etiq ifadələr işlədim. Həmin an isə xanımlar rəqs edib.
Qafarzadə videonu yayımlayaraq “Mahnının sözlərinə diqqət! Azərbaycanlı olmağımla necə fəxr edim? Bəzi köksüzlər, qıjılar, “çuşkalar”, nə günə saldınız Azərbaycanımı? Sizlərə baxanda düşmənə şükür edirəm. Azərbaycanın ən böyük və vəhşi düşmənləri sizsiniz. Allah sizi bizə çox görsün” sözlərini yazıb.
Onun paylaşımına əməkdar artist Nüşabə Ələsgərli “Trendə düşəcək, fikir vermə. Qaymaq az olur həmişə” sözləri ilə münasibət bildirib.
Qafarzadə isə bir saat keçdikdən sonra paylaşımını silib.
Qeyd edək ki, Nadir dəfələrlə sosial şəbəkədə tənqidlər yazıb, bir neçə saat sonra silib.
https://www.youtube.com/watch?time_continue=9&v=zjZLEmcjoKM
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!