Nadir Qafarzadə: “Nə mənim, nə də həyat yoldaşımın biznesi var” - FOTO
“Üzə gülən, arxada isə iş çevirən insanlardan qorxuram. O insanların üzlərinə gülürəm ki, bu, qarşılıqlı olsun”.
Oxu.Az xəbər verir ki, bunu məşhur müğənni Nadir Qafarzadə ATV telekanalında yayımlanan “Ən yaxşısı” axşam şousunda qonaq olarkən deyib.
Sənətçi müğənnilikdən başqa heç bir biznesə sahib olmadığı bildirib:
“Karantin müddətində maliyyə baxımından çətinliklər çəkdim. Müğənnilikdən savayı biznesim yoxdur. Əlavə gəlir əldə etmək üçün hansısa iş qurmaq istəmirəm, çünki böyük riskdir. Son zamanlar nəyisə alanda görürsən ki, plana düşdü və ya aldığın şeyi qiymətindən qat-qat aşağı istəyirlər. Oğluma ev almışam, həyat yoldaşımın öz evi var.
Həyat yoldaşım heç bir biznesə sahib deyil. Olsaydı, açıq-aşkar deyərdik. Gizlətməyə bir şey yoxdur. Sevinc (həyat yoldaşı – red.) evdar xanımdır. Savadlıdır, amma iki övladımız dünyaya gələndən sonra söylədim ki, evdə otur, onlara bax. Yaxşı ki, zamanında belə qərar vermişəm. Uşaqlarımızın tərbiyəsi onun üçün hər şeydir”.
İnsanlar tərəfindən tez-tez aldadıldığını bildirən Nadir buna rəğmən, karantində dövründə insanlara yardım etdiyini dilə gətirib:
“Son zamanlar ürəyim deyir ki, ay axmaq, bəsdir hamıya inandın, hamını özün kimi bildin. Ayıl! Bu yaşa çatmısan, insanlara inana-inana getdin. Hərdən ürəyimə qulaq asmıram.
Karantin dönəmində o qədər insanın yanında oldum ki… Buradan Bərdəyə getdim. Anasını itirmiş bir ailəyə dəstək oldum. Onların xoşbəxtliyinə səbəb olduq. Düşünürəm ki, bu, böyük bir işdir. Çox işlər görsəm də, onları nümayiş etdirmirəm. Çünki bu işləri heç kimə görə deyil, Allahıma görə edirəm. Bu işdə ürəyimin səsinə qulaq asdım”.
Qeyd edək ki, N.Qafarzadə Sevinc adlı xanımla evlidir. Cütlüyün Loğman və Əziz adlı oğulları var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi