Nadir Qafarzadə Mirşahinə etiraz etdi: “Axı biz qoyun deyilik”
Müğənni Nadir Qafarzadə jurnalist Mirşahin Ağayevin qapanma tələb etməsinə münasibət bildirib.
Minval.İnfo “yenisabah.az”a istinadən xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə yazan Qafarzadə “Real” TV-nin baş direktroru, əməkdar jurnalist Mirşahin Ağayevin fikirlərinə etiraz edib:
“Mirşahin müəllim, bu xalq yazıqdır. Məncə, yetər artıq. Bir gün gözümüzü açıb görəcəyik ki, ölkədə adam qalmayıb, hamı xaricə köçüb. Axı biz qoyun deyilik. İnsanların insan kimi yaşamağa haqqı var. Allahlıq Allaha məxsusdur. Sizə hörmətimiz var”.
İfaçının bu paylaşımı dəstəklənsə də, o, bir müddət sonra paylaşımını səhifəsindən silib.
Xatırladaq ki, Mirşahin Ağayevin Operativ Qərargahdan tam qapanma olmasını tələb etməsi birmənalı qarşılanmayıb. Onun bu fikri sosial şəbəkələrdə müzakirə doğurub. Əksəriyyət karantin rejiminin sərtləşdirilməsinin qəti əleyhinə olduğunu söyləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!