Nadir Qafarzadə: “Kaş ki, bu qədər pozğun insanı tanımasaydım...”
“İnstaqramda ya öz kliplərimi, ya da sosial mövzuları paylaşıram. İnsanların nə fikirləşdiyini bilmək istəyirəm. İstəməzdim ki, yataq otağında baş verənləri hər kəslə paylaşaq. Mətbəx videosunun öz yeri var, yataq, ayaqyolu videolarının öz yeri. Yəni otaqları səhv salmayaq”.
Bu sözləri musavat.com saytına açıqlamasında müğənni Nadir Qafarzadə deyib.
O, insanların həyatının ayrılmaz hissəsinə çevrilən sosial şəbəkələrdən şikayət edib: “Çalışaq, lazım olanları göstərək. Fikir verirəm ki, pis şeyləri təbliğ edənlər dəbə minirlər. Onları söysələr belə, veclərinə almırlar, deyirlər ki, təki gündəmdə olum. İnsanların son zamanlar qeyrət-namus damarı tutub. Kimdə nə yoxdursa, ondan danışır. Kişi söhbətlərini bitirin! Kişisən, öz evində, nəslin, həyat yoldaşın, ailən üçün. Kaş instaqram açılmazdı və bu qədər pozğun insan tanımazdım. İnstaqrama girəndə fikirləşirəm ki, bu qədər tərbiyəsiz Azərbaycanda yaşayır? Bunları hansı zavodda istehsal edirlər? Bunların evdə ağsaqqalı, öyüd verəni yoxdur? Düzdür, yaxşılar da var, amma pislər daha çoxdur. İstəməsək belə, gözümüzə girirlər. Vətənpərvərlik, Qarabağ və s. haqda nə isə paylaşanda bəyənmə və baxış sayı az olur. Amma bir pozğun, əxlaqsız bir şey paylaşanda baxış sayı üz yüz mini keçir. Bunların fanatları bu qədərmi çoxdur?”
Nadir Qafarzadə artıq qalmaqallardan uzaq durduğunu bildirib: “Mən qalmaqallardan uzaq dururam. Əvvəlki kimi çılğın deyiləm. Amma yeri gələndə sözümü də deyirəm. Biz üzdə olan, ictimai insanlarıq. Fikir bildiririk ki, ay gənclər, ay xanımlar özünüzə gəlin! Ən azından adınızın qarşısında “müsəlman” və “Azərbaycan” sözü var. Siz hansısa qardaşın bacısı, bir kişinin həyat yoldaşı, bir ana və atanın qızısınız. Yəni elə edin ki, o yazıqları söyməsinlər. Deyirlər ki, ağacı barına görə tanıyarlar. Söyüşlər də, həmin adamın anasına, qardaşına, atasına ünvanlanır. Onlara yazığınız gəlsin, söyüşdən boğulublar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!