Nəvəsinin ad gününə gedən qadını kürəkəni qətlə yetirib
Şəkidə 60 yaşlı qadının kürəkəni tərəfindən qətlə yetirildiyi məlum olub.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında Şəki şəhəri ərazisində, mənzillərdən birində baş verib.
Belə ki, Şəki rayon sakini, 1984-cü il təvəllüdlü Cəlilov Rahim Tahir oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qayınanası 1961-ci il təvəllüdlü Əhmədova Ruqiyə Şükür qızını bıçaqla vuraraq öldürüb.
ƏLAQƏLİ
Deputatın oğlunun adı qarışdığı qətl hadisəsi ilə bağlı yeni məlumatlar
Məlumata görə, 60 yaşlı Ruqiyə Əhmədova axşam saatlarında nəvəsinin ad gününü təbrik etmək üçün kürəkənigilə gəlib. Həmin vaxt tərəflər arasında hələlik məlum olmayan səbəblərdən mübahisə yaranıb və 37 yaşlı Rahim Cəlilov qayınanasına bıçaqla xəsarət yetirərək onu öldürüb.
Ailə üzvlərinin “Report”un bölgə müxbirinə bildiridiyinə görə, R.Cəlilov hadisəni törədən vaxt içkili olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Rahim Cəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Deputatın oğlunun adı qarışdığı qətl hadisəsi ilə bağlı yeni məlumatlar
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Bakıda kafedə baş verən qətl hadisəsində deputatın oğlu şübhəli bilinir
Bakıda ölümlə nəticələnən davada deputatın oğlu iştirak edib
82 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı
Narkotik ticarətində xarici vətəndaşlarla əlaqəli şəxslər saxlanıldı