"Nə məni kimləsə tutublar, nə də yatağıma kimisə salmışam"
“Hər birinizin fikirlərinə hörmətlə yanaşıram. “Hər birinizin fikirlərinə hörmətlə yanaşıram. Bilirəm, məni istəyənlər də, istəməyənlər də var. Amma bu o demək deyil ki, məni istəməyənlərə qarşı pis fikirdəyəm. Bu, sadəcə, şəxsi fikirdi… Həyatda səhvsiz insan yoxdur. Heç kəs ideal deyil”.
Axşam.az xəbər verir ki, bu sözləri günlərdir bloqqer Aysel Şükürova ilə boşanma xəbərləriylə gündəmdən düşməyən Oqtay Əhmədov bildirib. Xəyanət iddialarına cavab verən Oqtay bildirib ki, boşansalar da uşaqlarını birlikdə böyüdəcəklər:
“Hər bir ailədə söz-söhbət ola bilər. O da evin içində qalmalıdır. Evin qapısından kənara çıxamamlıdır. Nə birinci ayrılanıq, nə də sonuncu. Boşananlar bizdən də əvvəl olub, sonra da olacaq. Bəli, Aysellə aramızda bəzi söz-söhbətlər ola bilər, o da bizə aid olan məsələdir. Kiminsə ailədaxili söhbətləri kimlərəsə maraqlı gəlməsin. Bizim ayrılığımızı istəyənlər də var, istməyənlər də. Dediyiniz xoş, pis sözlərə görə minnətdaram. Aysellə intriqa aparıb, düşmən olmayacam. O olsa, bu onun şəxsi işidir.
O, mənim uşaqlarımın anasıdır, ayrı yaşasaq belə 3 uşağı bir yerdə böyüdəcəyik. Hər zaman onların yanında olacam və qoruyacam. Aysel güclü qadındır. Şəxsən məni tanımayan, bilməyən insanların ünvanıma dedikləri sözlər mənə çatmır. Amma məni narahat etmirlər, çünki ciddiyə aldığım mövzuda danışıram. Sadəcə, boş söz-söhbətlərə uyub artıq-əskik yazan insanları qınayıram.
Nə məni kimləsə tutublar, nə də yatağıma kimisə salmışam. Sadəcə, düşüncə cəhətdən yazıq olan biri gücü çatmayacaq yükü daşımaq istəyir və ortalığa əsassız bir məlumat atıb. Onun yalanına uyan məntiqsiz insanlar gördüm”.
Qeyd edək ki, 400 minlik toy xəbərləri ilə gündəmə gələn Aysel və Oqtay 2017-ci ildə ailə qurublar. Onların əkiz oğulları dünyaya gəlib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!