“Mxitaryan qorxursa, özünə uşaq bezi alsın” - Əfsanəvi futbolçu
“Mxitaryanın Bakıya getməkdən imtina etməsini başa düşə bilmirəm. Kimdən qorxursan, hansı siyasi əlaqələrdən? Futbolçudur işini görməlidir, meydana çıxmalıdır”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Rusiyanın əfsanəvi futbolçusu Andrey Kançelskis deyib.
O, “Arsenal”ın erməni futbolçusu Henrik Mxitaryanın Bakıda keçiriləcək finala gəlməməsini doğru hesab etməyib. Kançelskis bildirib ki, Azərbaycan paytaxtında Mxitaryana heç kim problem yaratmayacaq: “Orda heç kim Mxitaryana problem yaratmaz. Fitə basmaq, qışqırmaq normal haldır. Maradona DÇ-də əllə qol vuranda da hər kəs onu fitə basmışdı. Lakin o, həyatdadır. Mxitaryan qorxursa, özünə uşaq bezi alsın. Qorxursa, qorxaq olduğunu etiraf etsin. İnsanın gücü olmalıdır. Mən klub olsaydım, peşəkarlıqdan kənar davrandığı üçün onu cəzalandırardım. Əgər Avropa Liqasını qazana bilməsələr, Mxitaryan günahkar olacaq. Çünki komandasına kömək etmədi”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşması saat 23:00-da başlayacaq.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq