21.01.2019 - 11:33
Vacib
2 baxış
Müstəntiqin SON QƏRARI: “Hacı Mazan”ı 5 ilədək həbs gözləyir - VİDEO
Binəqədi Rayon Polis İdarəsində “Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalov və adamlarının hərəkətləri ilə bağlı araşdırma başa çatıb. İdarənin müstəntiqi Samid Şabanov son qərarını verib və işi Binəqədi Rayon Prokurorluğuna göndərib. BakuPost xəbər verir ki, qərara görə, Ramazan Zeynalov, onun sürücüsü Rəşad Kərimov və iş adamına məxsus “İnam Bayram” MTK-nın əməkdaşı Yunis Orucov barəsində Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (bir qrup şəxs və ya təkrar tərəfindən xuliqanlıq) cinayət işi başlanıb. Bu əmələ görə təqsirli bilinən şəxsi iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.
Xatırladaq ki, “Hacı Mazan” və adamları Binəqədi rayonunda “İnam Bayram” MTK-nın inşa etdiyi binada Faiq Seyfullayevin mənzilinə hücum edərək, orda çəkiliş aparan Xəzər TV-nin əməkdaşlarına zor tətbiq edib, mənzil sahibini isə döyüblər. Nəticədə Faiq Seyfullayev ağır bədən xəsarətləri alıb.
Qeyd edək ki, indiyədək “Hacı Mazan”ın adı müxtəlif cinayət hadisələrində hallansa da, tanınmış iş adamı həmişə bu işlərdən zərərsiz xilas ola bilib. İlk dəfədir ki, Ramazan Zeynalovla bağlı cinayət araşdırması bu mərhələyə qədər gəlir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
06.02.2026 - 14:54
Ukraynada korrupsiya qalmaqalı böyüyür
19.11.2025 - 17:17
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
19.11.2025 - 16:38
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
19.11.2025 - 15:12
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
19.11.2025 - 15:05
Lavrov xəstəxanaya YERLƏŞDİRİLDİ
19.11.2025 - 14:59