Müşfiqabad qəsəbəsində orduya dəstək yürüşü keçirilir FOTO VİDEO
Bu dəqiqələrdə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki məcburi köçkün şəhərciyində ordumuza dəstək aksiyası başlayıb.
Musavat.com xəbər verir ki, mindən yuxarı vətəndaş dəstək aksiyasına qatılıb, onların əksəriyyəti gənclərdir. Hətta qadınlar, uşaqlar da yürüşə qatılıb. Əvvəl mitinqlə başlayan kütləvi aksiya hazırda yürüş olaraq davam etdirilir.
Yürüşdə Azərbaycan Ordusuna dəstək şüarları səslənilir.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Təcili surətdə səfərbərlik elan olunması çağırışları edilir, aksiyaçılar döyüşə getməyə hazır olduqlarını bildirirlər. Gənclər bu gün şəhid olan generalın, şəhidlərimizin ruhuna and içərək “Öldü var, döndü yoxdur!” şüarı səsləndiriblər, və bildiriblər ki, döyüşlərdə iştirak etməyə hazırdırlar, Azərbaycan Respublikasının Ali Baş Komandanı yetər ki, döyüş əmri versin.
https://www.youtube.com/watch?v=w8BkUAcrBJc&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda