Müsəlmanları təhqir edən senatorun başında yumurta qırdılar - VİDEO

Avstraliyalı yeniyetmə Yeni Zelandiyada məsciddə baş verən terrorda müsəlmanları günahkar bilən senator Freyzer Enninqin başında yumurta qırıb.
“Qafqazinfo” xəbər verir ki, senatora hücum videosunu jurnalist Brayan Taler Koen tvitter hesabında paylaşıb.
Videodan da göründüyü kimi yeniyetmənin hərəkətinə cavab olaraq siyasətçi onun üzünə yumruq atıb, daha sonra qarşıdurma yaranıb.
Qeyd edək ki, daha əvvəl senator Enninq bildirmişdi ki, Yeni Zelandiyada 50-yə yaxın insanın ölümünə fanatik-müsəlmanlara ölkəyə yerləşmək izni verən immiqrasiya proqramı səbəb olub. Bir müddət sonra senatorun həmin bəyanatı ona məxsus sosial şəbəkələrdən silinsə də, bu açıqlama internetdə yayılır. Avstraliya baş naziri Skott Morrison senatorun sözlərini “iyrənc” adlandırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu