Muraddan qalmaqal yaradacaq sözlər: “O acdır, çirkindir, əri döyür, məşhur isə...”
Müğənni Sevda Yahyayevanın ögey atası olduğunu iddia edən şəxsin “Səni axtarıram” verilişinə çıxması müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, 77 yaşlı kişinin verilişdə müğənni ilə anasına 15 il baxdığını və Sevdanın onları ayırıb anasını qulluqçu kimi işlətdiyini deməsi birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri Yahyayevanı tənqid etsə də, sənət dostları onun müdafiəsinə qalxıblar. Onlar müxtəlif paylaşımlar edərək, şərhlər yazaraq S.Yahyayevaya dəstək olublar. Diqqət çəkən şərlərdən biri isə müğənni Murad Arifə məxsus olub.
O, yaşananları qınasa da, bəzi insanları təhqir etdiyini unudub: “Çox ədalətsiz və qəddar dövrdə yaşayırıq! Belə çıxır ki, sabah istənilən şərəfsiz, istənilən məşhur haqda bir iddia ilə telekanala, mediaya gələcək, TV-də o iddianı guya ki, yoxlamaq məqsədiylə məsələni ictimailəşdirəcək. Ertəsi gün 784 saytda “Filankəs sən demə, belədir” başlıqları yazılacaq, 12 min 429 söyüş, təhqir, qarğış dolu şərhlər dolacaq, həmin məşhur ölkədə rüsvay olacaq.
Vəkil tut, məhkəmə aç… Tamaşaçı da onsuz məşhurlara qıcıqlanır, tüstü çıxdımı, pisə inanar. Çünki o, (orta statistik təhqir yazan) işsizdir, məşhur isə işləyir… O, maşınsızdır, məşhurun maşını var… O, acdır, məşhur kef eləyir… O, çirkindir, məşhur baxımlı… Onun arvadı üzünə baxmır, məşhurun dörd yanında hurilər… Onu əri döyür, aldadır, məşhur isə azad, özgüvənli qadındır… və s.
Əlqərəz, hər xəbər, hər mövzu ictimailəşmədən öncə hərtərəfli yoxlanılmalı, xəbərdə adı keçəcək hər kəslə efirdən kənar əlaqə qurulmalıdır. Küçədəki adamlar studiyaya girib kefi istədiyinə fahişə, pozğun, oğru, fırıldaqçı və s. deməməlidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!