Müharibədə bir qolunu itirən qazimizə dostu toy etdi - VİDEO
Vətən müharibəsi başlayanda heç tərəddüd etmədən könüllü olaraq döyüşlərə yollandı. Qəhrəmancasına vuruşaraq bir qolunu itirdi. Sumqayıtda yaşayan Qazi Mirağanının bu gün toyu olub. Uşaq vaxtı doğmalarını itirən qazimiz üçün dostları tanışları səfərbər olublar. Ən sevincli günündə onu yalnız buraxmayıblar. Toyun bütün xərcini isə bəyin dostu öz üzərinə götürüb.
“Minval.info” Xəzər TV-yə istinadən xəbər verir ki, bəy hərbi geyimdə Vağzalı sədaları altında məclisə daxil olur. Ətrafında isə yalnız dostları və yeni tanış olduqları şəxslər var.
Görüntülər Sumqayıtda ikinci qarabağ müharibəsi zamanı bir qolunu itirmiş qazi Mirağa Mirzəzadənin toy məclisindəndir.
Uşaq ikən doğmalarını itirən Mirağaya toyu , yaxın dostu Xəyal Xəlilov təşkil edib. Qazimiz 44 günlük vətən müharibəsində Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərində könüllü iştirak edərək qəhrəmancasına vuruşub…
Qazimizlə fəxr etdiyini bildirən bəyin ömür gün yoldaşı Əntiqə xanım bu nigaha könüldən razı olduğunu deyir.
Toyun təşkilatçısı Xəyal Xəlilov cütlüyə xoşbəxtlik arzulayır.O dostunun bütün anlarında onunla bərabər olub, sevincinə sevinc qatıb.
Toy mərasimində iştirak eliyənlər qazimizə xoş arzularını çatdırıblar.
https://www.youtube.com/watch?v=8akj5XBU-es&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukraynada 40-dan çox azərbaycanlı saxlanıldı - VİDEO
Deputat seçilən Nigar Arpadarai vəzifəsindən istefa verir
Nərminə görə tutulan İlkinə polis əmisioğlu kömək edib?
Türkiyədən gələn avtobus Şəmkirdə qəzaya uğradı - Ölən və yaralananlar var
Elman Rüstəmov: “Manatın bahalaşmasını istəmirik”
Ərdoğan: “Şuşada konsulluq açırıq”