Müğənninin qardaşı oğlu qətlə yetirildi - Foto

Türkiyəli müğənni Ferdi Özbegenin 52 yaşlı qardaşı oğlu Hakan Özbegen bıçaqlanaraq öldürülüb.
Minval.info türk mediasına istinadən xəbər verir ki, onun cəsədi evində tapılıb.
Hadisə səhər saatlarında Hamidiye məhəlləsində baş verib. Səsləri eşidənlər bu barədə polisə xəbər verib. Evə daxil olan polis əməkdaşları Hakanı yerdə uzanmış vəziyyətdə tapıb. Olay yerinə gələn tibbi heyət onun öldüyünü müəyyən edib.
Qətlə görə dava edən Ferid A., həyat yoldaşı Nihan A. adlı şəxslər və əlində bıçaq olan mərhumun oğlu Çağata gözaltına alınıb. Şübhəlilər qətldə bir-birini günahlandırıb. Hakanın saxlanılan cütlüyün qızı İ.A. ilə bir müddət münasibətdə olduğu iddia edilib.
Çağatay ilkin ifadəsində Feritin atasını bıçaqlamasına mane olmaq istədiyini və bu səbəbdən polis gələndə əlində bıçaq olduğunu bildirib. Cütlük isə qətli Çağatayın törətdiyini iddia edib.
Hazırda hadisə ilə bağlı araşdırma davam edir.

Nərminə Aydınqızı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır