"Müğənnilərin toysuz qalmasına sevinirlər.. Başına dəysin o arzun!" - Nadir Qafarzadə
Şou-biznesin açıqsözlü müğənnisi Nadir Qafarzadə canlı efirdə od püskürüb.
Son günlər sosial mediada müğənnilərin toysuz qalmasına sevinən və onları şərhlərdə biabır edən izləyiciləri sənətçi ATV telekanalında yayımlanan “Şou ATV” səhər proqramında sərt şəkildə tənqid edib. N.Qafarzadə qalmaqallı çıxışı ilə həmkarlarının müdafiəsinə qalxıb:
“Heç bilirsiniz ki, müğənnilərin toysuz qalmasına nə qədər sevinən insan var? Onlar “yaxşı oldu siz müğənnilərə” deyirlər. Amma anlamırlar ki, bizə heç nə olmayıb. Sənətçi harada olsa da, əziyyətə qatlaşıb, pul qazanacaq. Çünki səsi üstündədir. Kimsə müğənninin bağına çağırıb, oxutduracaq.
Siz axı niyə sevinirsiz? Toy olmayacaq, olmayacaq da… Xoruz yox idi, səhər açılmırdı? Ömür boyu biz görmüşük ki, xalqa toy, bayram, şənlik yaraşıb. Necə demək olar ki, toy olmasın? Bu necə bir arzudur? Deyir ki, arzuya bax sevgilim… Başına dəysin o arzun”./oxu.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!