Müğənnilər arasındakı davada məhkəmə qərarı
Türkiyəli müğənni Soner Sarıkabadayının məhkəməyə verdiyi həmkarı Edis Görgülü barədə qərar çıxıb.
Axşam.az xəbər verir ki, iclasda “PDND Müzik”in sahibi S.Sarıkabadayı aralarında müqavilə olmasına rəğmən başqa musiqi şirkəti ilə razılaşma əldə edən E.Görgülüyə qarşı iddialar səsləndirilib. Onun 30 min lirə təzminat verməsi tələb olunub.
Məhkəmə isə müqavilə şərtlərinin ağır və asılılıq tərkibində olduğunu nəzərə alaraq şikayəti rədd edib.
Qeyd edək ki, Edis 2014-cü ildə S.Sarıkabadayının şirkətindən çıxardığı “Benim ol” mahnısı ilə məşhurlaşıb. Müqaviləsi davam edərkən 2016-cı ilin oktyabrında başqa musiqi şirkəti ilə işləməyə başlayıb. Hadisələrdən sonra Soner müğənnini “vəfasız” adlandıraraq 30 min lirə təzminat tələb edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır