Müğənni siyasi qalmaqal səbəbindən özünə Rusiya ilə bağlı qadağa qoydu
“Hamınızı əmin edirəm ki, bir daha Rusiyada konsert verməyəcəyəm”.
AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Gürcüstanlı məşhur caz müğənnisi Nino Katamadze öz “Facebook” ünvanından paylaşıb.
Müğənni həmçinin etirazçılarla həmrəy olduğunu bəyan edərək Gürcüstan hökümətindən Müdafiə Naziri Georgi Qaxariyanın istefasını tələb edib.
Qeyd edək ki, məşhur gürcü bəstəkarı və müğənnisi Nino Katamadze iyun ayının 20-də Gürcüstanda antirusiya mitinqlərindən 2 gün sonra Moskvada caz festivalında iştirak edib. Nəticədə Gürcüstan ictimaiyyətinin tənqidlərilə üzləşib. Bundan sonra o etirazçılarla həmrəy olduğunu və bir daha Rusiyada konsert verməyəcəyini bəyan edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır