Müğənni Nura qəzəbləndi: "İstəyirsiniz din dili ilə danışım, bu, günahdır" - VİDEO
Müğənni Nura Suri maraqlı açıqlamaları ilə yadda qalıb.
Minval.info xəbər verir ki, sənəti “Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişinin qonağı olub.
O, çıxışı zamanı kiminsə fikrinə münasibət bildirməyin yanlış olduğunu söyləyib: “Əslində, bu, səhv bir şeydir. Mən düşünmürəm ki, sosial şəbəkələrdə şərh bölməsi açıq olmalıdır. Statusu yazdın, kim bəyəndi-bəyənmədi bu, onun öz fikridir. Nəyə görə şərait yaradılmalıdır ki, mənim etdiyim nəyəsə kimsə qiymət versin. Bu, kökündən səhvdir. Mənim etdiyim nəyəsə heç kim cavabdeh deyil. Nə günahıma, nə əməlimə, nə savabıma…”
Müğənninin fikrincə, belə olan halda insanlar səhv yola yönəlir: “Biz müasirlikdən danışırıq. Keçmiş dövrlərdə kimsə eşidəndə ki, onun haqqında nəsə danışıblar, həmin adama hədiyyə alıb aparırmış. Bunu o məqsədlə edirmişlər ki, “çox sağ ol günahlarımı bağışladın”. Bu, günah sayılır. Əgər dindən danışmaq istəyirsinizsə, bu dillə danışım. Bilib dediyin qeybətdir, olmayanı demək böhtan”.
Nura Surinin sözlərinə görə, keçmişdə qeybət edən insanları bu yolla utandırırdılar. Müğənni əlavə edib ki, bu gün hamı özünə qeybət etməyi borc bilir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fidan Hacıyeva 50 yaşını opera festivalı ilə qeyd edir
Türkiyədə aktyor Serhat Mustafa Kılıç vəfat etdi
Alen Simonyan ailə həyatı qurdu
Sibel Can 11 yaş kiçik sevgilisi ilə evlənir
Seda Sayandan səhnədə romantik etiraflar!
Bakıda qardaşlar arasında avtomobil qalmaqalı!
Nina Dobrev Venesiya festivalında qırmızı xalçadan çıxarıldı
