19.08.2019 - 13:08
Maqazin 30 baxış

Müğənni Mətanətdən falçı olayına reaksiya: "Heç kimə dəxli yoxdur" - VİDEO

Müğənni Mətanət Əsədova cənub bölgəsində baxıcı kimi tanınan Molla Məmmədsəfanın yanında olub.

Baku.ws-in əldə etdiyi görüntülərdə Məmmədsəfa döşəyin üstündə yayxanmış vəziyyətdə, Əsədova isə onun ayaq hissəsində bardaş quraraq oturub.

Sosial şəbəkələrdə səs-küyə və müzakirələrə yol açan bu görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı M.Əsədova ilə əlaqə yaradıb. Müğənni yayılan görüntülərə bu cür şərh verib:

“Bu mənim şəxsi həyatım və şəxsi işlərimdir. Heç kimə dəxli yoxdur. Özüm bilərəm. Bu barədə bir də danışmaq istəmirəm”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: