Müğənni İntizar Mustafa Cecelinin eks-xanımı ilə eşqindən danışdı: "Sevməkdən başqa..."

Türkiyəli məşhur müğənni, ölkəmizdə də kifayət qədər sevilən Mustafa Cecelinin qalmqallı boşanmasının səbəbi kimi göstərilən və onun keçmiş həyat yoldaşı Sinəm Gediklə sevgi münasibətləri yaşadığı deyilən müğənni İntizar iddialarla bağlı ilk dəfə danışıb.
İntizar dünən Uşak vilayətində verdiyi konsertdə Mustafa Cecelinin ünvanına sərt ifadələr işlədib:
“Yağış, palçıq deyərkən hoteldə darıxdım. Yağış yağsa da, səhnəyə çıxacağam dedim. Mahnılar susarsa, dünya bitər, insanlıq bitər. Eşqlə, hörmətlə hamınızı qucaqlayıram. Həyatım boyunca özümə görə heç bir ədəbsizliyim olmayıb. Başqa şansımız yoxdur, sevməkdən başqa. Ən böyük sirr təmənnasız sevməkdir. Necə pisliklər sarıyıb dörd bir yanımızı. Hansı ara bu qədər pis və çirkin olduq? Hakim, vəkil oldunuz. Cənnət, cəhənnəm oldunuz. Tut oldunuz, put oldunuz. İnsan ola bilmədiniz. Bir damla canımla məndən qorxdunuz. Halbuki, ilana belə zərər vermərəm. Mənim qəlbim şahiddir. Bu filmin sonunu maraqla gözləyirəm”.
Konsertin sonunda isə Sivasın bələdiyyə sədri Nihad Sazlıgöl İntizara çiyələk və çiçək hədiyyəsi verib.
Qeyd edək ki, Mustafa Ceceli 2017-ci ildə 9 illik həyat yoldaşı Sinəm Gediklə qalmaqalllı şəkildə boşanmış, 5 gün sonra başqa qadınlar ailə qurmuşdu. O, oğlunu keçmiş həyat yoldaşından almaq üçün onun İntizarla intim görüntülərini məhkəməyə təqdim edib. (publika.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı