09.01.2018 - 15:59
Maqazin 22 baxış

Müğənni Elvin Əli Mirəliyevi ələ saldı - VİDEO

ARB telekanalında yayımlanan Səhər-səhər verilişinin qonağı Əli Mirəliyevi ələ salıb.

Minval.info xəbər verir ki, “Düşün məni” ilə papulyarlıq qazanan müğənni Elvin Mirzəzadə “Səhər-səhər”in qonaqlarından biri olub. Onun “Gəl” mahnısı aparıcılar tərəfindən tənqid olunub. Buna səbəb kimi isə ifaçının yeni mahnısını eyni tərzdə ifa etməsi göstərilib.

Əli Mirəliyev “Gəl” mahnısını “bəsit” musiqi kimi qiymətləndirib. Özünəməxsus tərzdə Elvinə başqa janrda ifa etməyi məsləhət görüb.

E.Mirzəzadə bildirib ki, hər bir ifaçı  janr seçimi baxımından fərqli yolu seçir: “Bizim də, öz yolumuz var”.

Əli Mirəliyevin isə müğənniyə “hansı yoldur, başa sal mən də, gedim?” sualına, Elvin “üzü Koroğlu tərəfə” – deyərək onu ələ salıb.

Minval.info

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: