Müdafiə Nazirliyi: Təxribatlara cavab veriləcək
Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı video növbəti təxribatdır.
Bu barədə Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının cəmləşməsi ilə əlaqədar yayılan video ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, nümayiş etdirilən kadrlar Azərbaycan Ordusunun planlı şəkildə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanı uzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edilib:
“Ermənistandakı kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim bu cür təxribat xarakterli xəbərləri yaymaqla öz xalqını qorxu içində saxlamaqda davam edir.
Müdafiə Nazirliyi bildirir ki, baş verə biləcək təxribatlara qarşı müvafiq tədbirlər görüləcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
General Rövşən Əkbərovun məhkəməsinin vaxtı məlum olub
Xuraman Muradova yenə məhkəməlik oldu
Koronavirusa yoluxanların sayı artdı, 27 nəfər vəfat etdi
Bakıda çökmüş yolun bərpasına başlandı - VİDEO
Bakının bu rayonunda su olmayacaq
General rəisi işdən çıxartdı, yeni vəzifə verdi