Müctəba xameneinin sirli yoxluğu: Ölübmü, yoxsa ağır yaralıdır?
İranın Ali dini lideri Müctəba Xamenei ilə bağlı yayılan ziddiyyətli məlumatlar səngimək bilmir. Onun rəhbər seçilməsindən bu yana, artıq altı ay keçməsinə baxmayaraq, ictimaiyyət qarşısına çıxmaması müxtəlif şayiələrin yaranmasına səbəb olub. Bəzi mənbələr onun öldüyünü, digərləri isə ağır yaralı olduğunu iddia edir.
Minval.info xəbər verir ki, Böyük Britaniyadan olan siyasi analitik Nikolas Lisak, Müctəba Xameneinin mart ayından bəri həyatda olmadığını düşünür. O, bu fikrini sosial media hesabında paylaşaraq, SEPAH-ın bu vəziyyəti gizlətmək üçün bir hiylə qurduğunu iddia edir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, Müctəba Xamenei cəmiyyət qarşısına çıxacaq vəziyyətdə deyil. Onun təhlükəsizlik səbəbilə ictimaiyyətə çıxmadığı iddialarını rədd edən Şahinoğlu, SEPAH generallarının Əli Xameneinin vida mərasimində iştirak etdiyini xatırladaraq, Müctəba Xameneinin ağır yaralı olduğunu və müalicəsinin davam etdiyini vurğulayıb.
Politoloq, Müctəba Xameneinin ölüm xəbərinə inanmadığını bildirərək, onun ya öldüyünü, ya da ağır yaralı olduğunu düşünür. Ölüm xəbərinin gizlədilməsinin mənasız olduğunu qeyd edən politoloq, təhlükəsizlik məsələsinin isə sadəcə bir bəhanə olduğunu ifadə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dubaydan İsrailə uçan təyyarədə pilotlar arasında mübahisə
İspaniyada hərbçilərin miqrantlara işgəncə verməsi iddiaları araşdırılır
Flydubai təyyarəsi pilotun hücumuna məruz qalaraq Səudiyyə Ərəbistanına endi
İsveçdə onlayn alınan Çin avtomobilinə polis həbs qoydu
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qadın ölkəyə gətiriləcək
Pilotlar arasında dava: İsrailə gedən təyyarə məcburi eniş etdi
Pakistanda azərbaycanlı qadına qarşı zorakılıq iddiası gündəmdədir