27.05.2020 - 11:40
Mədəniyyət 1 baxış

“Mucize doktor”un aktyoru azərbaycanlı tələbələrə yardım etdi

Türkiyənin sevilən və tanınmış aktyoru Onur Tuna təqdirəlayiq addım atıb.

Minval.info xəbər verir ki, aktyor İstanbulda təhsil alan azərbaycanlı tələbələrə yardım əlini uzadıb. O, iş xanımı Ruhi Əliyevanın təşəbbüsünə qoşularaq tələbələrə maddi və mənəvi dəstəyini nümayış etdirib. Tələbələr həm kirayə ev, həm də gündəlik ərzaqla təmin olunublar. Onur Tuna bildirib ki, bu addımı atmaqla bir daha məşhur “Bir millət, iki dövlət” deyimini yada salıb və Azərbaycana olan sevgisini nümayiş etdirib.

Qeyd edək ki, Türkiyənin sevilən aktyoru Onur Tuna “Liatris Yapım” şirkətinin ərsəyə gətirdiyi “Ağır romantik” filminin baş rol ifaçısıdır.

 

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: