Müəmmalı şəkildə itkin düşən Nərminin atası: "Qızımı qardaşım oğurlamayıb"
Bir müddətdir Tovuz rayonun Dondan Quşçu kəndində itgin düşən və bu gün də axtarışları davam etdirilən Nərmin Quliyevanın atası Əşrəf Quliyev danışıb.
Minval.info bildirir ki, Əşrəf Quliyev BAKU.WS-in bölgə müxbirinə açıqlamasında bildirib ki, bəzi kanallarda guya onun qızının qardaşı və qardaşı oğlu tərəfindən oğurlanığı kimi cəfəng fikirlər səslənib.
“Bu tip xəbərlər həqiqətə uyğun deyil. Müəyyən kanallarda qızımın yoxa çıxmasında qardaşım Lətif Quliyev və onun oğlu Ayxan Quliyevin əlinin olması ilə bağlı iddialar əsassızdır.
Məhz bu əsassız iddialardan sonra onları polis çağırdı və onlar polisdə izahat vermək məcburiyyətində qaldı. Onu demək istəyirəm ki, bu işdə qardaşımı və qardaşım oğlunu kimsə günahlandırmasın”.
Qeyd edək ki, hadisə noyabrın 21, saat 14 radələrində baş verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı