Müəllimlərin işə qəbulu: Müsahibələr başlayır!
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi avqustun 26-dan etibarən başlayacaq və sentyabrın 2-dək davam edəcək.
Minval.info xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bu barədə məlumat yayıb. Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müvafiq komissiya tərəfindən qiymətləndiriləcək.
Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək imkanı əldə edəcəklər. Namizədlər şəxsi səhifələrində göstərilən tarixdə müsahibədə iştirak etmədikləri halda, bu, onların seçdikləri vakant yerdən imtinası kimi qeydə alınacaq və belə namizədlərin müddətli əmək müqaviləsi ilə işə qəbul turlarında iştirakı təmin edilməyəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?