Müəllimlər üçün müsahibə mərhələsi başlayır
Müəllimlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanılır. Təhsilverənlərin bu mərhələdə iştirak etməsi üçün zəruri məlumatlar onların şəxsi kabinetlərinə göndərilib. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.
Minval.info xəbər verir ki, 3 sentyabrdan etibarən təşkil olunacaq müsahibə mərhələsində test imtahanında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əməkhaqqına isə 35 faiz əlavə ediləcək. Bu əlavələr yalnız müsahibə mərhələsində uğur qazanan müəllimlərə tətbiq olunacaq.
Müəllimlər, şəxsi kabinetlərində qeyd olunan tarix və məkana uyğun olaraq müsahibə mərhələsində iştirak etməlidirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?