Müəllim tərəfindən döyüldüyü deyilən şagirdlə bağlı açıqlama: "Yıxılıb, başı dəyib"
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən 321 nömrəli tam orta məktəbdə şagirdin müəllimi tərəfindən döyülməsi xəbərinə rəsmi münasibət bildirilib.
“Minval.info” xəbər verir ki, 321 nömrəli tam orta məktəbdən ONA-ya bildirilib ki, aprelin 12-si saat təxminən 11:30 radələrində məktəbin VII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb. Şagirdin halı pisləşdiyi üçün başı dəyib: “Sinif rəhbəri şagirdin doğma xalasıdır. Hadisə olan kimi dərhal valideynə də məlumat verilib. Məktəbə təcili-tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib”.
Məlumatda bildirilir ki, şagirdin güclü baş ağrıları olduğu üçün, valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı