Mourinyo "Şkendiya" ilə matçda qapıları niyə dəyişdirib?
UEFA Avropa Liqasının III təsnifat mərhələsində Şimali Makedoniya “Şkendiya”sı ilə İngiltərənin “Tottenhem” klubu arasında keçirilmiş oyunda maraqlı hadisə baş verib.
“Report” xəbər verir ki, Skopyedəki “Toşe Proyeski” Milli Arenasında baş tutan qarşılaşma zamanı qonaq komandanın baş məşqçisi Joze Mourinyo qapıların dəyişdirilməsini istəyib.
Buna hər iki qapının hündürlüyünün normadan (2,44 metr) 5 sm qısa olması səbəb olub. Məsələ ilə bağlı UEFA nümayəndəsinə məlumat verən portuqaliyalı mütəxəssis sonda istəyinə çatıb.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Bu barədə özünün “Instagram” hesabında paylaşım edən Mourinyo yazıb: “Əvvəlcə elə bildim, boyum uzanıb. Amma sonra başa düşdüm ki, hündürlük 5 sm azdır”.
Qeyd edək ki, səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edən “Tottenhem” pley-offa yüksəlib. “Şkendiya” I təsnifat mərhələsində “Sumqayıt”ı mübarizədən kənarlaşdırıb – 2:0.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq