Moskvadan gələn qonaqların Buzovnada faciəvi sonu: Xalaoğlu dənizdə boğuldu
Buzovnada çimərlikdə baş verən faciəvi hadisə nəticəsində iki nəfər həyatını itirib. Hadisə zamanı dörd nəfər dənizdə çətin vəziyyətə düşüb.
Minval.info xəbər verir ki, dənizdə çətin vəziyyətə düşənlərdən 11 və 22 yaşlı iki oğlanın həyatını xilas etmək mümkün olmayıb. Qızlar isə sahilə çıxarılıb. Boğulan oğlanlar xalaoğlu olub və Moskvadan Bakıya toya gəliblər.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində nəzarətsiz ərazidə üç nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin dalğıc-xilasediciləri dərhal axtarışlara cəlb olunub.
2009-cu il təvəllüdlü Aysel Rafiq qızı Həmidova xilas edilib və ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib. 2014-cü il təvəllüdlü Əli Rafiq oğlu Həmidovun meyiti sahildə tapılıb. 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun axtarışları isə davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!