Mirana bənzədilməsi Elçini əsəbiləşdirdi - "Axırımız necə olacaq?!" - Video
Müğənni Elçin Cəfərov Türkiyənin ATV kanalında yayımlanan “Hercai” serialındakı Miran obrazına bənzədilməsinə münasibət bildirib.
Axşam.az-ın məlumatına görə, sənətçi bu halın onu əsəbiləşdirdiyini söyləyib:
“Şlyapa qoyursan Kənan Doğulu, saçını yuyub çıxırsan Miran deyirlər. Necə olacaq bizim axırımız? Saqqal formasını dəyişirsən deyirlər ki, Tarkana bənzəyir. Bir sözlə, özümüz ola bilmirik. Qonaqpərvərik – başqalarını çox sevməyi xoşlayırıq. Şokoladın ən yaxşısını qonağa veririk. Bu, çox pisdir. Düzdü, məni narahat etmir. Amma özümüzə dəyər verməyi bacarmırıq, budur məni narahat edən. Mən olmayım, başqa sevilən müğənni olsun. 17 yaşımdan bəri sənətdəyəm. Bu sənətə canımı qoymuşam, sizin xoşunuza gəlmək üçün müəyyən pillələrdən keçmişəm, işlər gömüşəm. Amma bu reaksiyalar məni narahat edir.
Niyə biz özümüzü sevmirik? Saç, saqqal tərzini dəyişmək normal haldır. Məni sizin yazdıqlarınız narahat edir. Hər insan özüdür. Sənətçi birə-bir özünə tərz seçmir. İstedadı olur, görür-götürür. Başqa ölkələrin müğənnilərinə baxır, geyim tərzi, oxumaq stilini də götürə bilər. Bizim qanımızda muğam axır, amma oxu tərzim popdur. Geyimi də başqa ökələrdən götürürük. Türkiyə Avropadan, biz Türkiyə və Avropadan götürürük. Mənim İtaliya xoşuma gəlir. Məni narahat edən budur ki, niyə iki gündür çıxmış aktyora illərimizi qurban verirsiniz? Miran indi məşhurdur, Burak Özçivit ondan əvvəl gündəmdə idi… Sabah başqası olacaq. Onda belə çıxır ki, kim çıxsa biz özümüzünküləri qurban verək? Sevmirsiz bizi? Özümüzə dəyər verək, sevək. Yenə yazacaqlar Miran… Elçin, Elçin Cəfərov”.
Qeyd edək ki, müğənninin Miran obrazına bənzədilməsinə səbəb onun etdiyi imici dəyişikliyi və həmin ərəfədə serialın populyarlaşmasıdır.
https://youtu.be/vX1V4UMk8NA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!