Minlərlə əhaliyə MÜJDƏ - Prezident 6,4 milyon manat ayırdı

Prezident İlham Əliyev Qobustan rayonunun Qobustan–Poladlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Minval.İnfo-nun xəbərinə görə, sərəncamda qeyd edilir ki, beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan–Poladlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
2027-ci ildə pensiyalar və maaşlar artırılacaq
Bakıda yeniyetmə oğul anasını bıçaqladı
Şərurlu doktor Avropa kral sülaləsi ilə qohum çıxdı
Üzeyir bəyin irsi: Milli musiqimizin təməli
Paşinyana xəbərdarlıq: Qərbi Azərbaycan təhlükəsi artır!
Bakı xatirələri: Sevgi məktubu və ailə qaydaları
İnflyasiya təhlükəsi: Gündəlik xərclər artır!