“Minada ayağını itirən əsgər komandirini 600 metr sürümüşdü” - VİDEO
“Əsgər minaya düşərək ayağının birini itirmişdi, bir ayağı olmadığı halda komandirini 600 metr sürümüşdü”.
Bunu əslən Ağdam rayonundan olan məşhur kəşfiyyatçı “Xanı” ləqəbli Səyyar Əhmədov Birinci Qarabağ müharibəsi ilə bağlı xatirələrini bölüşərkən deyib.
O bildirib ki, yaxşı dostlarından bir neçəsi şəhid olub: “1993-cü il dekabrın 30-da döyüşdə əsgərin ayağını mina aparmışdı, döyüş yoldaşları onun ayağına “jqut” bağlayıb üzümlüyə qoymuşdu. Əsgər ayılanda görmüşdü ki, komandirinin cəsədi yanındadır. Həmin əsgər bir ayağı olmadığı halda komandirini 600-700 metr daşıyaraq gətirmişdi. Bunu hər əsgər edə bilməzdi, Azərbaycan əsgəri edə bilərdi”.
“Xanı” döyüş yoldaşı Şamilin onu necə xilas etməsindən də danışıb: “Şamil məni yaralı halda daşıdı. 400-500 metr getdi, mən çox deyəndən sonra yerə qoydu. Bu vaxt yanımıza mərmi düşdü, Şamil özünü mərminin üstünə atdı. Sonra ətrafdakı adamlar bizə köməyə gələndə Şamil hər kəsə qışqırırdı ki, “Xanı”nı aparın həkimə”.
https://www.youtube.com/watch?v=DJDkJhEiBGg&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev sərəncam imzaladı
Polis Bakıda əməliyyat keçirdi - Saxlanılanlar var
Prezident Administrasiyasında yeni təyinat
Lənkəran limanını Rusiyaya icarəyə verməyi təklif edən deputatdan açıqlama