Mina Hüseynova: “Ağılla hərəkət etsəydim, maşınım, evim olardı”
Müğənni Mina Hüseynova yeni açıqlaması ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, aparıcı İsa Şükürovun “YouTube” verilişinə qonaq olan sənətçi, müzakirələrə səbəb olacaq qalmaqallı açıqlamalar verib:
“Ağılla hərəkət etsəydim, indi taksidə gəzməzdim, maşınım və ya evim olardı. Sənəti olmayan bir çoxları kimi konsertlər verə bilərdim, Əməkdar və Xalq artisti adını alardım”.
Hazırda sevgilisi olmayan Mina, şəxsi həyatından da danışıb:
“Münasibət qururam, danışıram, artıq buynuzları çıxanda bilirəm ki, bu insan mənə aid deyil… İstəmədiyinə görə, mən də uzaqlaşıram.
Artıq ağıllanmışam, çalışıram ki, sənətimlə məşğul olum. Başqa hər hansı münasibət haqqında düşünmürəm.
Hazırda həyatımda heç kim yoxdur. Kiminsə ciddi, sağlam ruhlu və düşüncəli olduğunu hiss etsəm və mənə sahib çıxmaq istədiyini görsəm ona şans verə bilərəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezidentdən daha bir MÜHÜM SƏRƏNCAM
Türkiyə gəmisinə hücum edildi - Heyət üzvləri girov götürüldü
Zaurdan saxta şou – Dünən efirə çıxartdığı müğənni 6 ay öncə ...
Məşhur televiziya tamaşası ilə bağlı sirrin üstü illər sonra açıldı
Azərbaycanda bu şəxslər karantinə alındı