Millinin baş məşqçisi Yurçeviç istefaya göndərilir? - Açıqlama
Avro-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin Slovakiyaya biabırçı hesabla uduzması narazılıqla qarşılanıb. Bunun nəticəsi kimi, oyundan dərhal sonra AFFA İcraiyyə Komitəsinin iclası keçirilib və yığmamızın baş məşqçisi Nikola Yurçeviçdən hesabat tələb edilib.
Minval.info xəbər verir ki, “Qafqazinfo”ya açıqlama verən AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov da oyundan dərhal sonra təcili toplantı keçirildiyini təsdiqləyib:
“Çox danışmağa ehtiyac yoxdur. Pis oyun keçirdik. Əvvəl elə idi ki, meydanda bizi qane etməyən oyun tabloda razı salırdı və ya əksinə olurdu. Ancaq dünən nə meydandakı, nə də tablodakı oyun bizi qane etdi. Buna görə də oyundan dərhal sonra İcraiyyə Komitəsinin üzvləri təcili toplantı keçirərək millimizin baş məşqçisi Nikola Yurçeviçdən hesabat tələb etdi”.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Vaqif Sadıqov açıqlamasında Yurçeviçin istefaya göndərilməsi ehtimalından da söz açıb:
“Hazırda belə vəziyyətdə nəsə demək çətindir. Yurçeviçə İcraiyyə Komitəsinin narazılığı bildirilib. Yaxından ondan hesabat tələb olunacaq və o zaman müzakirə aparılacaq. İndidən nəsə deməyə çətinlik çəkirəm. Geniş müzakirələrə ehtiyac var. Görünən odur ki, Yurçeviçlə davam etsək, eyni nəticələr olacaq. Lakin hər şeyi baş məşqçinin üzərinə atmaq da düzgün deyil. Bu, komanda işidir. Biz Yurçeviçi milliyə baş məşqçi təyin edəndə, o, bizə Azərbaycan futbolu ilə yaxından tanış olduğunu bildirmişdi. Tezliklə güclü bir komanda yaradacağını demişdi. Ancaq təəssüf ki, bunun şahidi olmamışıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq