Milli Məclis Prezidentin təqdim etdiyi qanun layihələrini təsdiqlədi
Milli Məclisin növbəti plenar iclasında Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi qanun layihələri müzakirə olundu. Spiker Sahibə Qafarova bildirdi ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş), “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş) və “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş) müzakirələrə təqdim olunur.
Milli Məclisin vitse-spikeri, komitə sədri Fəzail İbrahimli layihələr barədə qısa və konkret təqdimatla çıxış etdi: “Hər üç qanun layihəsi üçüncü oxunuşun bütün tələblərinə cavab verdiyi üçün xahiş edirəm, səsə qoyulsun!”
Bundan sonra layihələr səsə qoyuldu və qəbul edildi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı