Mikro sahibkarlıqda yeni dövr: 2027-ci ildən sosial ödənişlərdə ədv inqilabı!
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, mikro və kiçik sahibkarlıq subyektləri üçün hesabatlılığın optimallaşdırılması istiqamətində işlərin aparıldığını bildirib.
Minval.info xəbər verir ki, Orxan Nəzərli bu açıqlamanı Azərtac və REAL Televiziyasına verdiyi müsahibə zamanı səsləndirib. O, yeni qərarların özəl sektor təmsilçiləri üçün maliyyə resurslarından istifadənin genişləndirilməsinə imkan yaradacağını vurğulayıb.
Rəis, 2027-ci ildən etibarən qüvvəyə minəcək yeniliklərdən biri kimi, qeyri-neft özəl sektorunda fəaliyyət göstərən biznes subyektlərinin ƏDV depozit hesabındakı vəsaitləri sosial ödənişlərə yönəltmə imkanını qeyd edib. Bu dəyişiklik, şəffaf fəaliyyət göstərən bizneslərin dövriyyə kapitalına olan ehtiyacını azaldacaq və mövcud vəsaitlərdən daha səmərəli istifadə etməyə şərait yaradacaq.
Orxan Nəzərli əlavə edib ki, vergi qanunvericiliyində gözlənilən digər mühüm yeniliklər də mikro və kiçik sahibkarlıq subyektləri üçün hesabatlılığın və inzibati yükün optimallaşdırılmasına yönəlib. Bu addımların məqsədi həmin bizneslərin inkişafını dəstəkləmək və onların böyüməsi üçün daha əlverişli şərait yaratmaqdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ət məhsullarında bahalaşma: idxal qiymətləri niyə ucuzlaşdırmır?
Strateji valyuta ehtiyatlarımız 41 aylıq idxalı qarşılaya bilir
Boz səma altında günəş panelləri ilə enerji xərclərinə qənaət
Azərbaycan Asiyadan Avropaya elektrik şəbəkəsi qurmağı planlayır
“Kristal” layihələrində mənzil kreditləri yeniləndi: illik 8%-dən başlayır
Ət qiymətlərinin artımı barədə nazirin açıqlaması
Bakıda taksi qiymətləri artıb: Aylıq xərclər 330 manata çatır