Meyxanaçılar arasında dava bitmir: "Ürək bulandırırlar"
Meyxanaçılar arasındakı qalmaqal bitmir. Bu dəfə meyxanaçılar Vüqar Əbilovla Ehtiram və İntiqam qardaşları mübahisə edib.
Dərgi.az-ın məlumatına görə, qardaşlar “Səhər-səhər” proqramında Vüqarın özünü reklam etməyə çalışdığını deyiblər:
“Vüqar Əbilovla üz-üzə gəlmişik, ikinci dəfə bunu istəmirəm. Ürək bulandıran sözlər var. İstəmirik buna qarışaq. Hər aşığın öz dövranı var. Qabağa gedəni ayağından çəkməyə çalışırlar. Bu da alınmaz. Şabaş yığmaq üçün toya gedirlər. Bunlara qarışmırıq.
Ağsaqqal meyxana deyənlər, öz işlərini görür. Vüqarın xətrini çox istəyirəm, toylarda aparıcılıq edir. Amma çıxıb efirdə danışmaq yersizdir. Özümüzə zəng vurub deyin, efirdə reklam etməyin. Gündəmdə qalmaq üçün parlayanı pisləyirlər. Kimsə məclisə çox gedirsə, köhnələr qısqanmağa başlayır”.
Qeyd edək ki, V.Əbilov meyxanaçıların sənətdən uzaqlaşdığını, oxumadıqlarını bildirib, onları bir araya yığışmağa dəvət edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İnstaqramda bir paylaşımı 5 min manata edirlər
"Mən də Rəşadın yerində olsaydım, özümü idarə edə bilməzdim"
"Səhər-səhər"in aparıcısı işdən çıxarıldı
"Tolik mənimlə işləmək istəmədi" - Nisə Qasımovadan etiraf
Fəxri ad alan Könül Kərimova ağladı
Röyanın keçmiş əri: "Boşanandan sonra..."