Meyxanaçı pulsuzluqdan taksi fəaliyyətinə başladı
Pandemiya ərəfəsində ciddi maddi sıxıntılar yaşayan meyxanaçı Samirə Yusifqızı karantin sərtləşdikdən sonra vəziyyətinin daha da çətinləşdiyini bildirib.
Söz ustadı pul qazanmaq üçün taksi sürdüyünü deyib:
“Vəziyyət yaxşı deyil. Taksi sürürəm, elə bu dəqiqə taksidəyəm, müştəri aparıram. Artıq sürücülük etməyə başladım, vəziyyət belədir. Bundan sonra nə edəcəyimi bilmirəm. Yalnız düşünürəm ki, maşının gündəlik icarə pulunu necə verim, necə benzin töküb şəhərə çıxım ki, axşam evimə 5 manat pula apara bilim. Hələ ki, başqa heç nə fikirləşmirəm”.
59 yaşlı sənətçi bir müddət əvvəl satışa çıxardığı evinin hələ də satılmadığını qeyd edib:
“Əhmədlidəki evimi satışa qoymuşdum. O da hələ satılmayıb. Heç olmasa o satılsaydı, borclarımın bir qismini ödəyərdim”.
Xatırladaq ki, S.Yusifqızı bir müddət əvvəl pulsuzluqdan sosial şəbəkə hesabında kürk, dəri gödəkcələrini satışa çıxarmışdı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi