Meyvəli bazardakı kütləvi zəhərlənmənin səbəbi açıqlandı
“Bazarda zəhərlənənlər satıcı olublar”.
Bu barədə açıqlamasında zəhərlənənlərin yerləşdiyi 1 saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva məlumat verib. O bildirib ki, satıcılar səyyar satıcıdan aldıqları yuxada olan soyutma yumurtadan zəhərləniblər: “Zəhərlənmə hər birində özünü müxtəlif müddətdən sonra göstərməyə başlayıb. Belə ki, 3 xəstə bu gün saat 12 radələrində, 1 xəstə təxminən 1 radələrində, bir xəstə isə saat 2-ə qalmış şöbəyə qəbul edilib”.
G.Babayeva əlavə edib ki, zəhərlənənlərin vəziyyətləri qənaətbəxşdir: “Təxminən 10 dəqiqə əvvəl 3 nəfər ərizə yazaraq bildiriblər ki, vəziyyətləri yaxşıdır və evlərinə yollanıblar. 2 nəfər isə hazırda şöbədədirlər. Onlar da gec gələnlərdir və vəziyyətləri stabildir. Yəgin ki, onlar da bir neçə saat sonra buradan ayrılacaqlar”.
lent.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda işçi müdirini öldürdü
Tovuzda qəza zamanı 8 yaşlı uşaq xəsarət alıb
Bakıda 80 yaşlı qadın özünü 4-cü mərtəbədən ataraq intihar etdi
Bakıda daş karxanasında bədbəxt hadisə
Paytaxtda qaraçılar 10 yaşlı oğlanı dilənməyə məcbur ediblər
Ağstafada qadını qətlə yetirən şəxsə 20 il həbs cəzası verilib
Azərbaycanda arvad ərini küt alətlə döydü