30.10.2019 - 10:40
Hadisə
19 baxış
Metronun "Koroğlu" stansiyasının qarşısında avtomobil piyadanı vuraraq öldürüb - FOTO
Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, metronun “Koroğlu” stansiyasının yaxınlığında qeydə alınıb.
Taksi fəaliyyəti ikə məşğul olan Samir adlı sürücü idarə etdiyi “Ravon” markalı avtomobillə prospektin yüksək sürətli hərəkət zolağı ilə gedərkən qarşısına qəfildən piyada – təxminən 50-55 yaşlı kişi çıxıb. Bu zaman avtomobil piyadanı vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYP-nin əməkdaşları cəlb edilib. Piyadanın şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
20.10.2026 - 15:24
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
20.10.2026 - 15:04
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
20.10.2026 - 14:54
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
20.10.2026 - 14:34
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
20.10.2026 - 12:14
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
19.10.2026 - 15:44
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
19.10.2026 - 14:53
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
13.10.2026 - 10:24