Metroda həyəcanlı anlar: Azyaşlı qız polisə sığındı
Səhər saatlarında Bakı Metropoliteninin “Neftçilər” stansiyasında qız uşağı ağlayaraq anasının onu döydüyünü və buna görə də evdən qaçdığını deyib.
Oxu.Az xəbər verir ki, uşaq üçüncü sinifdə oxuduğunu, Masallı rayonundan olduqlarını, hazırda isə Bakıxanov qəsəbəsində qaldıqlarını bildirib.
Azyaşlı ağlayaraq evə getmək istəmədiyini, yaxınlarından heç kimin nömrəsini bilmədiyini deyib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli faktı saytımıza təsdiqləyib.
Onun sözlərinə görə, polis hazırda həmin azyaşlının valideynlərini axtarır:
“9-11 yaşlarında olan qız polislərə yaxınlaşaraq evdən qaçdığını deyib. O, iddia edir ki, ailəsi rayondan Bakıya yeni köçüb. Qız Bakıda yaşamaq istəmədiyi üçün evdən qaçıb.
Hazırda polis əməkdaşları onun valideynləri ilə əlaqə yaratmağa çalışır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı